Ana Sayfa > Karusel / Gündəm > Məhkəmə yolu bağlayan TIR sürücüləri ilə bağlı qərar verdi
Məhkəmə yolu bağlayan TIR sürücüləri ilə bağlı qərar verdi18-02-2022, 17:33. Yazar: Admin |
Ötən gün Bakıda etiraz məqsədilə Heydər Əliyev prospektini bağlayan yük maşını sürücüləri inzibati qaydada həbs edilib. Qarabaginfo.az-ın APA-ya istinadən xəbərinə görə, sürücülər Fəxrəddin Məlikov və Mirələm Məmmədov İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni əmrinə tabe olmama) və 510-cu (xırda xuliqanlıq) maddələri ilə təqsirli biliniblər. Nərimanov Rayon Məhkəməsinin qərarı ilə hər iki sürücü inzibati qaydada 30 sutka həbs olunublar. Geri dön |