Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib
Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib18-02-2022, 15:39. Yazar: Admin |
Azərbaycanla Serbiya arasında viza rejimi ləğv edilib. Qarabaginfo.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” sazişin təsdiq edilməsi barədə qanunu imzalaması ilə mümkün olub. Sərəncamla “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” 2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış saziş təsdiq edilib. Geri dön |