Ana Sayfa > Karusel / Gündəm > Mətanət Əsədova Manafa görə DİN qarşısında aksiya keçirir?

Mətanət Əsədova Manafa görə DİN qarşısında aksiya keçirir?


18-02-2022, 15:24. Yazar: Admin

 

Müğənni Mətanət Əsədovanın həmkarı Manaf Ağayevin 15 gün həbs olunması ilə əlaqədar Daxili İşlər Nazirliyinin qarşısında təkbaşına aksiya keçirdiyi iddia olunur.

"Qarabaginfo" Kult.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Mətanət Əsədova saytımıza açıqlamasıda iddialara belə cavab verib:

“Xahiş edirəm, heç kim mənə zəng etməsin. Özümlə bağlı nəsə baş verdikdə sosial şəbəkə hesabımda paylaşacağam”.

DİN-nin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev isə bildirib ki, yayılan məlumatlar tamamilə yalandır.

 


Geri dön