Ana Sayfa > Karusel / Qarabağ > Tərtərdə iki nəfər minaya düşüb

Tərtərdə iki nəfər minaya düşüb


18-02-2022, 15:08. Yazar: Admin

Təmas xəttində mina partlayıb: 3 Azərbaycan hərbçisi həlak olub, 6 nəfər isə yaralanıb, faktla bağlı cinayət

2022-ci il 18 fevral tarixində Tərtər rayonunda mina partlayışı nəticəsində iki nəfər xəsarət alıb. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən verilən məlumata əsasən, partlayış minatəmizləmə əməliyyatlarının icra edilmədiyi ərazidə baş verib.

1963-cü il təvəllüdlü Alışan Səfərov Şərif oğlu və 1965-ci il təvəllüdlü Faiq Səfərov İsmayıl oğlu mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Zərərçəkənlər dərhal xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüblər. Onların, 42 saylı Yol istismar idarəsinin əməkdaşları olduğu müəyyən edilib.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Geri dön