Ana Sayfa > Karusel / Dünya > Putinin rəhbərliyilə hərbi təlim keçiriləcək

Putinin rəhbərliyilə hərbi təlim keçiriləcək


18-02-2022, 14:57. Yazar: Admin

Rusiya Silahlı Qüvvələri şənbə günü ölkə prezidenti Vladimir Putinin rəhbərliyi altında strateji çəkindirmə qüvvələrinin planlı təlimlərini keçirəcək. 

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

 

“2022-ci il fevralın 19-da Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı Vladimir Putinin rəhbərliyi ilə strateji çəkindirmə qüvvələrinin planlı təlimi keçiriləcək, bu təlim zamanı ballistik və qanadlı raketlər buraxılacaq”,- şöbədən bildirilib.

 

Məlumatda vurğulayıb ki, strateji çəkindirmə qüvvələrinin təlimi əvvəllər hərbi komandanlıq və idarəetmə orqanlarının, buraxılış döyüş ekipajlarının, hərbi gəmilərin və strateji raketdaşıyıcıların ekipajlarının qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə hazırlığının, eləcə də silahların etibarlılığının yoxlanılması məqsədi ilə planlaşdırılıb.


Geri dön