Ana Sayfa > Karusel / İdman > Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçiləcək

Azərbaycan Ağır Atletika Federasiyasına yeni prezident seçiləcək


18-02-2022, 14:32. Yazar: Admin

Moskvada keçiriləcək Ağır Atletika üzrə Avropa Çempionatı təxirə salınıb

Fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) hesabat-seçki konfransı olacaq.

Qarabaginfo.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında keçiriləcək toplantı saat 10:00-da start götürəcək. İclasda federasiyanın növbəti müddətə prezidenti, vitse-prezidentləri və İdarə Heyətinin üzvləri seçiləcək.

Tədbirdən sonra mətbuat konfransı nəzərdə tutulub.

Qeyd edək ki, AAAF-ın hazırkı prezidenti Cahangir Əsgərovdur.


Geri dön