Ana Sayfa > Karusel / Gündəm > Rus qoşunları geri çəkilmir, əksinə... - Reznikov

Rus qoşunları geri çəkilmir, əksinə... - Reznikov


18-02-2022, 14:24. Yazar: Admin

 

Rusiya tərəfinin qoşunların çıxarılması ilə bağlı bəyanatını təsdiq etmirik. Əksinə, hərbi qüvvə və vasitələrin hərəkəti var.

Qarabaginfo.az xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.

Onun sözlərinə görə, hazırda dəniz və aviasiya qüvvələri ilə birlikdə sərhəddə 149 minə yaxın rus hərbçisi var.

“Yaxın günlərdə daha bir neçə min artacağını gözləyirik. Eləcə də Qara dənizə daha 3 rus hərbi gəmisinin daxil olması ehtimalı var. Bundan başqa Rusiya Milli Qvardiyası da (“Rosqvardiya”) təlimlərə qatılıb”, - Reznikov bildirib.

 


Geri dön