Ana Sayfa > Karusel / Dünya > Akar: “Türkiyə NATO-da üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”

Akar: “Türkiyə NATO-da üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”


18-02-2022, 14:02. Yazar: Admin

Akar: “Türkiyə NATO-da üzərinə düşən bütün öhdəlikləri yerinə yetirəcək”

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkəsinin NATO-ya üzvlüyünün 70-ci ildönümü münasibəti ilə videomüraciət edib.

Qarabaginfo.az  xəbər verir ki, videomüraciəti Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

"Bu gün Türkiyənin NATO-ya üzvlüyünün 70-ci ildönümüdür. Alyansda ikinci ən böyük orduya sahib olan Türkiyə NATO qarşısında üzərinə düşən bütün öhdəlikləri hər zaman yerinə yetirib və bundan sonra da yerinə yetirəcək, biz müttəfiqik, birlikdə daha güclüyük”.

 


Geri dön