Ana Sayfa > Karusel / İnfrastruktur > Mənzildaxili yoxlamalar yenidən "Azəriqaz"a həvalə oluna bilər
Mənzildaxili yoxlamalar yenidən "Azəriqaz"a həvalə oluna bilər18-02-2022, 12:57. Yazar: Admin |
"Qaz təchizatı haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi bu yaxında Milli Məclisdə ikinci oxunuşa təqdim olunacaq. Qarabaginfo.az xəbər verir ki, bunu "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev "Açıq qapı" aksiyası çərçivəsində jurnalistlərə bildirib. Onun sözlərinə görə, bu dəyişikliklər çərçivəsində mənzildaxili qaz infrastrukturuna texniki baxış və yoxlamaların keçirilməsinin yenidən "Azəriqaz"a verilməsi təklif olunur. 2016-cı ildən bu funksiyalar İB-nin səlahiyyətində deyil. E. Vəliyev qeyd edib ki, sözügedən dəyişikliklər qəbul edilsə, mənzildaxili baxışları "Azəriqaz" aparacaq. Bu işlər ödənişsiz aparılacaq. Nəticədə akt tərtib olunacaq və problemlərin aşkar olunacağı təqdirdə, onların aradan qaldırmaq üçün aparılan işlər abonentin hesabına həyata keçiriləcək (30 gün ödəmə şərti ilə). Qeyd edək ki, hazırda sözügedən yoxlamalar FHN və Energetika Nazirliyinin səlahiyyətindədir. Geri dön |