Ana Sayfa > Karusel / Gündəm > Türkiyə səfirindən Şuşaya “Şuşi” deyən erməniyə ETİRAZ
Türkiyə səfirindən Şuşaya “Şuşi” deyən erməniyə ETİRAZ18-02-2022, 12:23. Yazar: Admin |
Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Ermənistanın “ZartonkMedia” media qurumunun nümayəndəsinə etiraz edib.
Qarabaginfo.az xəbər verir ki, media şirkətinin Jora adlı maliyyə konsultantı tviter hesabındakı paylaşımında “Şuşi qətnaməsi” sözündən istifadə edib.
F.C.Yazqan “Şuşi” sözünə görə etirazını bildirib.
“ŞUŞA bəyannaməsi. Ermənilər şəhəri Şuşi adlandırırlar, lakin bəyannamənin rəsmi adı Şuşa bəyannaməsidir. Buna görə də istənilən istinad bu adla edilməlidir. Necə ki, İstanbul Konvensiyası Konstantinopol konvensiyası adlandırıla bilməz”,- səfir qeyd edib. Geri dön |