Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın maye qaz ixracından gəlirləri ötən il kəskin artıb

Azərbaycanın maye qaz ixracından gəlirləri ötən il kəskin artıb


18-02-2022, 10:14. Yazar: Admin

Azərbaycanın maye qaz ixracından gəlirləri ötən il kəskin artıb

Ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur.

2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

Xatırladaq ki, 2020-ci il ərzində Azərbaycan 40 253,7 ton maye qaz ixrac edib, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 23,9% azdır. 2020-ci ildə ixrac edilən maye qazın dəyəri 5 029,8 min dollar olub, illik ifadədə bu göstərici 58,5% azalıb.


Geri dön