Ana Sayfa > Karusel / Dünya > Yunanıstan sularında göyərtəsində 237 nəfərin olduğu gəmi yanıb

Yunanıstan sularında göyərtəsində 237 nəfərin olduğu gəmi yanıb


18-02-2022, 10:02. Yazar: Admin
Yunanıstan sularında göyərtəsində 237 nəfərin olduğu gəmi yanıb

Qarabaginfo.az xəbər verirki, İon dənizinin Yunanıstan sahillərində İtaliyaya məxsus, 237 sərnişin və 50-dən çox ekipaj üzvünü daşıyan gəmi yanıb.

“Euroferry Olympia” gəmisi Yunanıstanın İqumenisa və İtaliyanın Brindisi şəhərləri arasında üzüb.

Qəzanın baş verdiyi əraziyə üç patrul qayığı və üç sahil mühafizə gəmisi göndərilib.

Hələlik gəmidəki yanğın nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.


Geri dön