
Sloveniya hökuməti Ukraynaya öldürücü silahlar tədarük etməyi planlaşdırmır.
Qarabaginfo.az xəbər verir ki, bunu Sloveniyanın müdafiə naziri Matey Tonin bildirib.
“Hazırda Ukraynaya letal silahlar göndərməyi düşünməsək də, ikili təyinatlı məhsullar yollayacağıq” – deyə nazir bildirib.
Tonin əlavə edib ki, Ukrayna hökumətinin xahişi ilə bu ölkəyə texniki avadanlıq, səyyar yeməkxana və qızdırılan çadırlar göndəriləcək.