Ana Sayfa > Karusel / Gündəm > Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri “Qarabağ”ın futbolçuları ilə görüşüb

Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri “Qarabağ”ın futbolçuları ilə görüşüb


17-02-2022, 22:47. Yazar: Admin

Fərid Qayıbov və Azərbaycanın Fransadakı səfiri “Qarabağ”ın futbolçuları ilə görüşüb

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev “Qarabağ”ın futbolçuları ilə görüşüb.

Qarabaginfo.az xəbər verir ki, səfir "Olimpik" Marsellə oyun öncəsi "Qarabağ" futbol klubuna uğurlar arzulayıb.

"Komandamıza inanır, meydanda dəstəkləyirik. Fransada yaşayan Azərbaycan icması da "Qarabağ"ımızın yanındadır", - diplomat bildirib.

Görüşdə gənclər və idman naziri Fərid Qayıbov da iştirak edib. Qeyd edək ki, “Velodrom”da keçiriləcək görüş matçı Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu isə fevralın 24-də təşkil olunacaq.


Geri dön