Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Gündəm > Manaf Ağayev saxlanılıb
Manaf Ağayev saxlanılıb17-02-2022, 22:00. Yazar: Admin |
Müğənni Manaf Ağayev saxlanılıb. Qarabaginfo.az-ın Lent.az-a istinadla xəbərinə görə, o, işğaldan azad edilmiş ərazilərə qanunsuz daxil olmaqda təqsirli bilinir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavabında faktı təsdiqləyib. O qeyd edib ki, sosial şəbəkələrdə Manaf Ağayevin icazəsiz olaraq işğaldan azad edilmiş ərazilərə keçməsi ilə bağlı video görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Araşdırmalar nəticəsində fakt təsdiqini tapıb. Müəyyən edilib ki, M.Ağayev işğaldan azad edilən ərazilərə icazəsiz daxil olub. Bununla əlaqədar o saxlanılıb. Hadisəyə hüquqi qiymət veriləcək. Geri dön |