Ana Sayfa > Karusel / Gündəm > Sumqayıtda avtomobil körpüdən aşıb, 3 nəfər ölüb

Sumqayıtda avtomobil körpüdən aşıb, 3 nəfər ölüb


17-02-2022, 20:23. Yazar: Admin

Bakı-Quba yolunda ağır qəza — Ölənlər var

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qarabaginfo.az-ın məlumatına görə, qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı avtomobil körpüdən aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü - sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön