Ana Sayfa > Karusel / Gündəm > Tokayev prezidentlik müddəti ilə bağlı açıqlama verib

Tokayev prezidentlik müddəti ilə bağlı açıqlama verib


17-02-2022, 19:44. Yazar: Admin

Tokayev prezidentlik müddəti ilə bağlı açıqlama verib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev prezidentlik müddəti ilə bağlı bəyanat verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, Tokayev prezidentin iki müddətə vəzifə tuta biləcəyini qeyd edərək, bu tələbin pozulmamalı olduğunu vurğulayıb.

“Mart ayında xalqa müraciətim zaman bu məsələ ilə bağlı təkliflər verəcəyəm”, - Tokayev əlavə edib.

Qazaxıstan lideri bir müddət əvvəl respublikanın prezidenti olaraq nə qədər qalacağını bilmədiyini, lakin mütləq iki müddətdən artıq olmayacağını demişdi.

Tokayev 19 mart 2019-cu il tarixindən etibarən Qazaxıstan prezidenti vəzifəsini icra edir.


Geri dön