Ana Sayfa > Karusel / Gündəm > Yük avtomobili sürücülərinin yolu bağlamasına görə cinayət işi açılıb

Yük avtomobili sürücülərinin yolu bağlamasına görə cinayət işi açılıb


17-02-2022, 19:12. Yazar: Admin

Baş Dövlət Yol Polisi İdarəsi işçi axtarır - Bu sənədlər lazımdır - Avtosfer.az

Bu gün səhər saatlarında yük avtomobilləri sürücüləri tərəfindən etiraz məqsədilə Heydər Əliyev prospektinin bağlanması faktı ilə bağlı cinayət işi açılıb.

Qarabaginfo.az bildirir ki, bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli məlumat verib.

Qurum rəsmisi bildirib ki, faktla bağlı Nərimanov Rayon İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə cinayət işi başlanılıb.

“Hazırda istintaq tərəfindən məsələdə əli olanların dairəsi müəyyənləşdirilir”, - Araz Əsgərli qeyd edib.


Geri dön