Ana Sayfa > Karusel / Gündəm > Rusiya ABŞ səfirinin müavinini deportasiya etdi
Rusiya ABŞ səfirinin müavinini deportasiya etdi17-02-2022, 18:44. Yazar: Admin |
Rusiya ABŞ-ın Moskvadakı səfirinin müavini Bart Qormanı ölkədən deportasiya edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə diplomatik missiyanın sözçüsü Ceyson Rebholts “RİA Novosti”yə bildirib.
“Rusiya ABŞ-ın diplomatik nümayəndələyinin müavini Bart Qormanı ölkədən göndərdi. Qorman ABŞ-ın Moskvadakı səfirliyində səfirdən sonra ikinci ən mühüm vəzifəli şəxs və səfirliyin yüksək rütbəli rəhbərliyinin əsas üzvü idi”, - deyə Rebholts bildirib. Rebholts əlavə edib ki, Qormanın etibarlı vizası var və üç ildən az müddətdə Rusiyada olub. Sözçü bildirib ki, Vaşinqton diplomatın ölkədən çıxarılmasını “eskalasiya addımı” hesab edir və cavab tədbirlərinin mümkünlüyünü nəzərdən keçirir. Geri dön |