Ana Sayfa > Karusel / Siyasət > Zelenski Putinlə görüş üçün kömək istədi
Zelenski Putinlə görüş üçün kömək istədi17-02-2022, 17:39. Yazar: Admin |
![]() Ukrayna Prezidenti Volodimr Zelenski İtaliya da daxil olmaqla Avropa dövlətlərinin başçılarından Rusiya lideri Vladimir Putinlə görüşün təşkilində vasitəçilik istəyib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə İtaliyanın baş naziri Mario Draqi Avropa İttifaqı (Aİ) sammiti üçün Brüsselə gələrkən bildirib.
"Zelenski telefon danışığında Putinlə danışıqların mümkünlüyünü soruşdu, İtaliyanın bu işdə ona kömək edə biləcəyini soruşdu. O, bu gün Aİ sammiti çərçivəsində Brüsseldə Ukrayna ilə bağlı görüşdə toplaşan digərlərindən bu barədə məlumat aldı. Bu, asan deyil, lakin biz əmin olmalıyıq ki, prezidentlər Zelenski və Putin danışıqlar masası arxasına əyləşsin”, – Draqi deyib. Geri dön |