Ana Sayfa > Karusel / Siyasət > Heç kimin şikayətinə baxmayacağıq - Peskov HƏDƏLƏDİ

Heç kimin şikayətinə baxmayacağıq - Peskov HƏDƏLƏDİ


17-02-2022, 17:24. Yazar: Admin

"Kreml Rusiyanın öz silahlı qüvvələrini ərazisində necə yerləşdirməsi ilə bağlı ABŞ da daxil olmaqla heç kəsin şikayətlərinə baxmayacaq".

 

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

 

O, müdafiə naziri Sergey Şoyqunun prezident Putinə hesabatını xatırladıb və bildirib ki, Krımda Ukrayna ilə sərhədə bitişik rayonlarda təlimlərin müəyyən mərhələləri başa çatmaq üzrədir.

 

Putinin mətbuat katibi izah edib ki, təlimin bu mərhələləri tamamlandıqca birliklər daimi hərbi bazalarına qayıdır və bu proses artıq başlayıb.

 

Onun sözlərinə görə, bu, uzunmüddətli prosesdir:

 

“Aydındır ki, təlimlər üçün kontingent bir neçə həftə ərzində formalaşıb və təbii ki, onu bir günə çıxarmaq mümkün deyil”.

 

Peskov qeyd edib ki, Müdafiə Nazirliyinin bölmələrinin öz bazalarına qaytarılması üçün dəqiq qrafiki var:

 

“Ona görə də indiki halda bunlar, həmişə olduğu kimi, tamamilə əsassız ittihamlardır”.


Geri dön