Ana Sayfa > Karusel / Siyasət > Kreml Putin-Makron danışıqlarının detallarını açıqlayıb
Kreml Putin-Makron danışıqlarının detallarını açıqlayıb17-02-2022, 15:59. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putin Fransa Prezidenti Emmanuel Makrona Dövlət Dumasının “DXR” və “LXR”-in tanınması ilə bağlı ideyasının diqqətə alınmayacağını deməyib. O deyib ki, bu, qanun layihəsi deyil. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. “Əlbəttə ki, orada söhbət qanun layihəsi ilə bağlı sualın verilməsindən gedib. İzah olunub ki, bu, qanun layihəsi deyil, təşəbbüsdür və bununla bağlı heç bir qanun layihəsi mövcud deyil”, - Kremlin sözçüsü vurğulayıb. Peskov qeyd edib ki, onda iki prezidentin söhbətinin stenoqramı var. O, Putinlə Makronun söhbətindən sitatlar gətirib: “Putin: bizdə qanun layihəsi yoxdur, heç bir qanun layihəsi yoxdur. Rusiya Kommunist Partiyasının təşəbbüsü var. Bu, onların təşəbbüsüdür və bu təşəbbüs hakim partiya “Vahid Rusiya” tərəfindən dəstəklənməyib, lakin belə təşəbbüs var”. Peskok bu söhbətin Dövlət Dumasında baş tutmuş səsverməyə qədər baş tutduğunu açıqlayıb. Kremlin sözçüsü Fransa xarici işlər nazirinin bəyanatında bu nüansların təhrif olunduğunu vurğulayıb. Geri dön |