“Buta Airways” aviaşirkəti martın 4-dən etibarən Bakı və Tehran arasında koronavirus pandemiyası ilə əlaqədar dayandırılmış uçuşları bərpa edir.
Bu barədə Qarabaginfo.az-a aviaşirkətdən məlumat verilib.
Qeyd olunub ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan Tehran hava limanına və əks istiqamətdə xüsusi reyslər həftədə bir dəfə - cümə günləri yerinə yetiriləcək.