Ana Sayfa > Karusel / Gündəm > Zelenski Putini danışıqlara çağırdı

Zelenski Putini danışıqlara çağırdı


17-02-2022, 14:41. Yazar: Admin

Zelenski Putini danışıqlara çağırdı

Ukrayna Prezidenti Vladimir Zelenski rusiyalı həmkarı Vladimir Putinə danışıqlar aparmağı təklif edib.

Qarabaginfo.az “RBK-Ukrayna” nəşrinə istinadən xəbər verir ki, Zelenski jurnalistlərin suallarına cavab verərkən bu barədə danışıb.

“Diplomatiya biz danışıqlar masası arxasında əyləşdikdə başlayacaq”, - deyə Ukrayna Prezidenti söyləyib.

O, danışıqların istənilən formatına hazır olduğunu da vurğulayıb.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində Zelenskinin bu açıqlamasına münasibət bildirib. Onun sözlərinə görə, Kiyev dəfələrlə Putin və Zelenski arasında görüş keçirilməsini təklif edib, lakin heç vaxt görüşün hansı məqsədlə keçirilmə səbəbinə aydınlıq gətirməyib.


Geri dön