Ana Sayfa > Karusel / Gündəm > Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşməyib

Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşməyib


17-02-2022, 14:28. Yazar: Admin

Ərdoğan, Putin

 

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinin tarixi müəyyənləşməyib.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Putinin Türkiyə səfərinin tarixi hələ müəyyənləşməyib. Putinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallarla razılaşdırılır”, - o vurğulayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarını Türkiyəyə səfərə dəvət edib. Putin Ərdoğanın səfər dəvətinə müsbət cavab verib. Kreml bir müddət əvvəl səfərin fevral ayında baş tutacağını açıqlayıb.


Geri dön