Ana Sayfa > Karusel / Gündəm > Qarabağda hərbi təlimlər: ““Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır“
Qarabağda hərbi təlimlər: ““Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır“17-02-2022, 14:02. Yazar: Admin |
“Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasında qondarma rejimin "təhlükəsizlik şurasının katibi", əli azərbaycanlıların qanına batmış cinayətkar Vitali Balasanyanın təşəbbüsü ilə keçiriləcək hərbi təlimlər ermənilərin həyasızlığını nümayiş etdirən növbəti faktdır”. Qarabaginfo.az-ın xəbərinə görə, bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Ceyhun Əhmədli deyib. O, bölgədəki erməni separatçılarının hərbi təlimlər keçirmə cəhdini "təxribat" adlandırıb: “Bu, açıq-aşkar hərbi avantüra və təxribatdır. Sual yaranır ki, bu təlimlər hansı məqsədlə və kimə qarşı keçirilir? Ümumiyyətlə, erməni quldur dəstələrinin Qarabağda nə işi var? Axı 10 noyabr tarixli üçtərəfli bəyanatın 4-cü bəndi Azərbaycan ərazilərində erməni silahlı qüvvələrinin qalmasını istisna edir və həmin bəndə əsasən, Rusiya sülhməramlı kontingenti Qarabağda erməni hərbçilərinin çıxarılmasına paralel şəkildə yerləşdirilməli idi. Belə olan halda, sülhməramlılar niyə bu təxribata göz yumurlar? Görünür, Rusiya sülhməramlı kontingenti öz mandatının çərçivələrini anlamaqda çətinlik çəkir, ya da anlamaq istəmir. Sülhməramlıların əsas missiyası iki xalqın sülh və əmin-amanlıq içərisində yaşamasını təmin etməkdir. Yerləşdiyi ərazidə yerli icmalardan birinin hərbi təlim keçirməsinə göz yummaq sülhməramlı missiyanın mahiyyətinə ziddir. O baxımdan, ermənilərin Qarabağda davam edən hərbi təxribatları, ilk növbədə, Rusiyanın özünün imicini ciddi şəkildə zədələyəcək. Moskva nəhayət anlamalıdır ki, Rusiya sülhməramlılarının Qarabağda gələcək mövcudluğu Azərbaycan tərəfinin mövqeyi ilə şərtlənəcək. Çünki torpağın sahibi və qalib tərəf Azərbaycandır”. “Azərbaycan özünün suveren ərazilərində antiterror əməliyyatları həyata keçirmək hüququna sahibdir və Azərbaycanın bu hüququnu heç bir formada məhdudlaşdırmaq olmaz. O cümlədən, sülhməramlıların müvəqqəti olaraq yerləşdirildiyi Qarabağda da bu cür əməliyyatları həyata keçirməkdə tam sərbəstik”, - deyə ekspert əalvə edib. Müətəxəsis onu da qeyd edib ki, qondarma rejimin hərbi təlim keçirmək cəhdi regionda onsuz da kövrək olan sülh mühitini ciddi şəkildə zədələyəcək: “Ümumi gedişat isə yalnız iki tərəfə zərər vura bilər: Ermənistana və Rusiyanın sülhməramlı missiyasına. Xaos girdabında çapalayan Ermənistan bu kimi avantürist cəhdlərlə özünü daha da çıxılmaz duruma salacaq. Azərbaycan Prezidentinin sülh çağırışlarına revanşist ruhlu bəyanat və addımlarla cavab verməyə çalışan ermənilər dəmir yumruğumuzun yerində olduğunu unutmamalıdır. 44 günlük müharibədən lazımi dərs çıxarılmayana qədər erməni xalqı xoşbəxt və firavan həyata həsrət qalacaq. Bir sözlə, Ermənistan və erməni xalqı üçün hazırkı böhrandan yeganə çıxış yolu 10 noyabr bəyanatının müddəalarını yerinə yetirməkdir”. Geri dön |