İranın paytaxtı Tehranda 3 mərtəbəli yaşayış binasında partlayış olub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “İRNA” agentliyi yayıb.
Partlayış nəticəsində 9 nəfər ölüb, daha 9 nəfər isə yaralanıb.
İlkin məlumata görə, partlayışa səbəb qaz sızması olub. Hadisə yerinə çox sayda xilasedicilər cəlb olunub.