Ana Sayfa > Karusel / Gündəm > DİN: Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı müraciət etməyib
DİN: Tahir Kərimli ölümlə hədələnməsi ilə bağlı müraciət etməyib17-02-2022, 11:07. Yazar: Admin |
Daxili İşlər Nazirliyi (DİN) Milli Məclisin deputatı Tahir Kərimlinin ölümlə hədələnməsi barədə iddialarına münasibət bildirilib. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya açıqlamasında bildirib ki, millət vəkili Tahir Kərimli tərəfindən daxili işlər orqanlarına şikayət xarakterli müraciət daxil olmayıb. Qeyd edək ki, Tahir Kərimli sosial şəbəkədə yaydığı videosunda ölümlə hədələndiyini bildirib. Geri dön |