Ana Sayfa > Karusel / Mədəniyyət > Şair Ənvər Əhməd vəfat edib

Şair Ənvər Əhməd vəfat edib


17-02-2022, 10:23. Yazar: Admin

 

Şair Ənvər Əhməd vəfat edib

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Qarabağ Yazıçılar Birliyinin sədri, Azərbaycan Milli Yaradıcılıq Akademiyasının doktoru, professor, Xankəndi Pedaqoji Universitetin keçmiş rektoru Ənvər Əhməd vəfat edib.

Qarabaginfo.az xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Ənvər Əhməd (tam adı: Əhmədov Ənvər Misir oğlu) 8 avqust 1943-cü ildə Ağcabədi rayonu Salmanbəyli kəndində anadan olub. Ağcabədinin 5 saylı şəhər orta məktəbində orta təhsil alandan sonra Bakı Statistika Texnikumunu bitirib. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib. "M. Ə. Sabirin poetikası" mövzusunda dissertasiya müdafiə edib. AMEA Ədəbiyyat İnstitutunda doktorluq dissertasiyasını tamamlayıb.

"Dağ və mən" adlı ilk şeiri 1962-ci ildə "Ağcabədi pambıqçısı" qəzetində dərc olunub. Ağcabədi rayonunun Salmanbəyli kəndində mühasib köməkçisi işləyib. Sonra Ağcabədi rayon "Sürət" (indiki "Aran") qəzetində ədəbi işçi, müxbir, məktublar şöbəsinin müdiri, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müəllimi, sonra dosenti işləyib. Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru (1994-2000), Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru (2000-2002) olub. Sonuncu iş yeri Təhsil Nazirliyi Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib (1991). Bədii tərcümə ilə ciddi məşğul olub.

Allah rəhmət eləsin!


Geri dön