Ana Sayfa > Karusel / Gündəm > Şahmat üzrə Azərbaycan millisi yenidən dünya çempionatında iştirak edəcək

Şahmat üzrə Azərbaycan millisi yenidən dünya çempionatında iştirak edəcək


16-02-2022, 22:56. Yazar: Admin

Şahmat üzrə Azərbaycan millisi yenidən dünya çempionatında iştirak edəcək

Şahmat üzrə kişilərdən ibarət Azərbaycan millisi İsraildə keçiriləcək dünya çempionatında iştirak edəcək.

Federasiyadan Qarabaginfo.az-a verilən məlumata görə, qitədə yüksək reytinqə malik yığma Fransa, Ukrayna, Polşa və Macarıstan milli komandaları ilə birgə təşkilatçıların dəvəti ilə yarışa qatılacaq.

Mundialda ümumilikdə 10 ölkə təmsil olunacaq. Dünyanın qitələr üzrə ən güclü yığmaları kimi ABŞ, Hindistan, Misir və Rusiya seçmələri yarışa dəvət olunub.

Qeyd edək ki, dünya çempionatı 7 - 14 apreldə təşkil olunacaq.


Geri dön