Ana Sayfa > Karusel / Gündəm > NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək

NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək


16-02-2022, 21:05. Yazar: Admin

NATO Rumıniyada yeni döyüş qrupu yerləşdirəcək

NATO-nun müdafiə nazirləri Rumıniyada yeni döyüş qrupunu yerləşdirmək qərarına gəliblər.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə alyansa üzv ölkələrin müdafiə nazirlərinin görüşünün birinci gününün yekunlarına dair mətbuat konfransında deyib.

“Nazirlər şərq və cənub-şərq hissələrində, xüsusən Rumıniyada yeni döyüş qruplarının yerləşdirilməsi də daxil olmaqla, yeni variantları nəzərdən keçirmək qərarına gəliblər. Fransanın bu qrupa rəhbərlik etmək təşəbbüsünü alqışlayıram”, - deyə Stoltenberq bildirib.

Gələcək döyüş qruplarının konfiqurasiyası və onların qalma müddəti ilə bağlı suala isə Baş katib belə cavab verib:

“Son qərar hələ verilməsə də, Rumıniya NATO-nun döyüş qrupunu qəbul edib. Biz bunu müsbət qarşıladıq və indi hərbi qərargahımızın tövsiyələrini gözləyəcəyik”.


Geri dön