Ana Sayfa > Karusel / Gündəm > Avstraliyalı səyyah: “Ümid edirəm ki, Ağdam tezliklə bərpa olunacaq”

Avstraliyalı səyyah: “Ümid edirəm ki, Ağdam tezliklə bərpa olunacaq”


16-02-2022, 20:59. Yazar: Admin

Avstraliyalı səyyah: “Ümid edirəm ki, Ağdam tezliklə bərpa olunacaq”

“Ümid edirəm ki, yenidən qurulan Ağdam əvvəlki kimi gözəl olacaq”.

Qarabaginfo.az bildirir ki, bunu “Report”a 21 ölkədən olan məşhur səyahətçilərdən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfər edən avstraliyalı səyyah Reyçel Li Deyvi deyib.

“Bütün bunları görmək dəhşətlidir, əminəm ki, bu, gözəl şəhər idi. Ümid edirəm ki, tezliklə onu yenidən bərpa edəcəklər və o, əvvəlki kimi gözəl olacaq”, - səyyah bildirib.

Reyçel Li Deyvinin sözlərinə görə, o, 2014-cü ildə Azərbaycana ilk səfəri zamanı Qarabağ münaqişəsi barədə məlumat alıb və indi ikinci dəfə ölkəmizə səfər etməkdən, eləcə də işğaldan azad edilmiş əraziləri görməkdən məmnundur.


Geri dön