Ana Sayfa > Karusel / Gündəm > Elektron Hökumətin İnkişafı Mərkəzində yeni TƏYİNAT
Elektron Hökumətin İnkişafı Mərkəzində yeni TƏYİNAT16-02-2022, 20:46. Yazar: Admin |
Emil Xəlilov “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsin Hüquqi təminat və sənədlərlə iş departametinin rəhbəri təyin edilib. Qarabaginfo.az xəbər verir ki, Emil Xəlilov 2020-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin üzvü – Hüquqi təminat departamentinin direktoru vəzifəsində çalışıb. Bundan öncə bank sektorunda çalışmışdır. 2007-2012-ci illərdə “DəmirBank” ASC-də hüquqşünas, daha sonra Baş hüquqşünas vəzifələrində çalışmışdır. 2012-2018-ci illərdə “Expressbank” ASC-də böyük hüquqşünas, Korporativ Hüquq şöbəsinin müdiri və Hüquq departamentinin direktoru vəzifələrində işləmişdir. Qeyd etmək istərdik ki, Emil Xəlilov korporativ idarəetmə sahəsində zəngin təcrübəyə malikdir. Geri dön |