Ana Sayfa > Karusel / İdman > Həbs cəzası almış məşhur futbolçunun İtaliyaya gətirilməsi üçün prosedur başlanıb
Həbs cəzası almış məşhur futbolçunun İtaliyaya gətirilməsi üçün prosedur başlanıb16-02-2022, 20:16. Yazar: Admin |
Milan Baş Prokurorluğu Braziliya millisinin sabiq futbolçusu Robinyonun ölkəyə gətirilməsi üçün İtaliya Ədliyyə Nazirliyinə müraciət edib. Qarabaginfo.az ANSA agentliyinə istinadən xəbər verir ki, prokurorluq bunun üçün lazımi sənədləri toplayaraq nazirliyə göndərib. 38 yaşlı veteran hücumçu İtaliyada gənc qadına qarşı kütləvi zorlamada iştiraka görə 9 il həbs cəzasına məhkum olunub. Lakin qərar onun iştirakı olmadan verildiyi üçün icra edilməyib. Qeyd edək ki, Robinyo və daha 5 nəfər 22 yaşlı albaniyalı xanıma qrup şəklində təcavüz edib. Hadisə 2013-cü il yanvarın 22-də Milanda baş verib. Lakin həmin vaxt "Milan" klubunda çıxış edən "sambaçı" günahını etiraf etməyib. Geri dön |