Ana Sayfa > Karusel / Gündəm > AQTA deputatın ittihamlarına cavab verib

AQTA deputatın ittihamlarına cavab verib


16-02-2022, 19:07. Yazar: Admin

Qida Təhlükəsizliyi Agentliyi

“Milli Məclisin ötən gün keçirilən iclasında millət vəkili Tahir Kərimlinin Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti ilə bağlı səsləndirdiyi fikirlər tərəfimizdən araşdırılıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu AQTA-nın mətbuat xidmətinin rəhbəri Aysel Fərziyeva bildirib. O deyib ki, qanunsuz küçə ticarətinə nəzarət AQTA-nın fəaliyyət sahəsinə daxil deyil:

“Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində qida təhlükəsizliyi ilə bağlı pozuntulara görə, ümumiyyətlə, 1400 manat məbləğində cərimə tətbiqi anlayışı yoxdur. Bugünədək Agentliyin yoxlama-nəzarət tədbirləri çərçivəsində heç bir tərəvəz məhsullarının satışı ilə məşğul olan şəxsə 1400 manat məbləğində cərimə tətbiq olunmayıb. Bununla bağlı əlavə sorğulara cavab verməyə hazırıq.

Qeyd edək ki, AQTA özünün funksional vəzifə səlahiyyətlərinə uyğun olaraq, qida zənciri boyu qida təhlükəsizliyinin təmin olunması ilə bağlı qanunvericilik çərçivəsində nəzarət və tənzimləmə fəaliyyətini həyata keçirir” – o deyib.


Geri dön