Ana Sayfa > Karusel / Gündəm > Milli Məclisin deputatları Dubaya gedir

Milli Məclisin deputatları Dubaya gedir


16-02-2022, 19:04. Yazar: Admin

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, deputatlardan Soltan Məmmədov, Mahir Abbaszadə və Elnur Allahverdiyev fevralın 17-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə səfər edəcəklər.

Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Milli Məclisin deputatları işgüzar səfər zamanı bir sıra görüşlər keçirəcək, iki ölkə arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, parlament əlaqələrinin inkişafı barədə fikir mübadiləsi aparacaqlar.

Səfər fevralın 20-də başa çatacaq.


Geri dön