Ana Sayfa > Karusel / Gündəm > Çavuşoğlunun Lavrov və Kuleba ilə telefon danışığı olub

Çavuşoğlunun Lavrov və Kuleba ilə telefon danışığı olub


16-02-2022, 19:02. Yazar: Admin

Lavrov, Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə NTV məlumat yayıb.

Çavuşoğlu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə də telefonla danışıb.

Türkiyə XİN başçısı həmkarları ilə Rusiya-Ukrayna gərginliyini müzakirə edib, diplomatiyanın əhəmiyyətinə toxunulub.

Çavuşoğlu Türkiyənin Rusiya və Ukrayna arasında dialoqa ev sahibliyi etməyə hazır olduğunu bir daha həmsöhbətlərinin diqqətinə çatdırıb.


Geri dön