Ana Sayfa > Karusel / Gündəm > Akar: "Qara dənizdə sabitlik vacibdir"

Akar: "Qara dənizdə sabitlik vacibdir"


16-02-2022, 18:22. Yazar: Admin

Hulusi Akar

Türkiyə milli müdafiə naziri Hulusi Akar Brüsselə səfəri çərçivəsində Rumıniyalı həmkarı Vasile Dincu ilə görüşüb.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Nazir görüş zamanı Qara dənizin sülh dənizi kimi qalmasının vacibliyini vurğulayaraq, Montrö konvensiyasının qorunmasının da böyük əhəmiyyət kəsb etdiyini qeyd edib.

O, həmçinin, əlavə edib ki, Türkiyə və Rumıniya birgə hərbi təlimlər keçirəcək.


Geri dön