Ana Sayfa > Karusel / Gündəm > Rusiya XİN hərbi təlimlərin keçirilməsinin səbəbini açıqlayıb

Rusiya XİN hərbi təlimlərin keçirilməsinin səbəbini açıqlayıb


16-02-2022, 17:59. Yazar: Admin

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan xalqını təbrik edib – VİDEO - 18.10.2019, Sputnik Azərbaycan

Rusiya hərbi təlimlər keçirir. Çünki qonşu Ukrayna və region silahla doldurulur.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi birifinqdə bildirib.

“Qərbin Rusiya və Belarusun təlimlərinə qarşı kampaniyasının məqsədi Kiyev rejiminə silahlar göndərilməsi üçün informasiya pərdəsi yaratmaqdır. Təhlükəsizliyə əsl təhdid Rusiya-Belarus təlimləri deyil, Qərbin özünün İttifaq dövlətinin sərhədləri yaxınlığında qüvvələr toplamaq üçün atdığı addımlardır”, - o əlavə edib.

Rusiya XİN rəsmisi bu addımların nəticələrinin görünməz olduğunu söyləyib.


Geri dön