Ana Sayfa > Karusel / İdman > Sampaoli “Qarabağ”la matçdan danışdı

Sampaoli “Qarabağ”la matçdan danışdı


16-02-2022, 17:35. Yazar: Admin

Sampaoli “Qarabağ”la matçdan danışdı

 

“Ən yaxşı futbolçular sabah meydanda olacaq. Məqsdə burada uğur qazanmaqdır”.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri “Marsel”in baş məşqçisi Xorxe Sampaoli deyib. 

O, UEFA Konfrans Liqasının 1\16 final mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri mətbuat konfransında iştirak edib: “Rəqib daha çox topa sahib olmaq istəyən komandadır. Məqsədimiz onlara qarşı düzgün oynamaqdır. Motivasiyamız yüksək olaraq qalır”. 

Qeyd edək ki, fevralın 17-də “Velodrom” stadionunda oynanılacaq “Marsel” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Geri dön