Ana Sayfa > Karusel / Gündəm > “Joğovurd”: Arayikin həbs xəbəri və Ermənistan prokurorluğunun susqunluğu
“Joğovurd”: Arayikin həbs xəbəri və Ermənistan prokurorluğunun susqunluğu16-02-2022, 15:16. Yazar: Admin |
Azərbaycan hüquq-mühafizə orqanları mümkün qədər tez qondarma qurumun “rəhbər”i Arayik Harutyunyanı həbs etmək niyyətindədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, Azərbaycan mənbələrinin məlumatına görə, Bakı Harutyunyanı Gəncəyə raket hücumunda ittiham edir. “Qeyd edək ki, Arayik Harutyunyan Ermənistan və Qarabağdan (qondarma qurum – red.) Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilən yeganə şəxs deyil. Belə insanların sayı 300-ü ötür və bu məsələni Ermənistan parlamentinin insan hüquqlarının müdafiəsi və ictimai məsələlər üzrə daimi komissiyasının sədri Taquhi Tovmasyan mütəmadi olaraq qaldırıb”, - deyə müəllif vurğulayıb. “Joğovurd” nəşri şərh almaq üçün Ermənistan Baş prokurorunun müşaviri Qor Abrahamyana müraciət edib. Abrahamyan nəşrə açıqlamasıdna qeyd edib: “Müharibəyə aid olan iş üzrə tərəfimizdən müvafiq açıqalama dərc edilib. Daha çoxunu deyə bilmərəm. Onlar tərəfindən beynəlxalq axtarışlara gəlincə, bəli effektiv şəkildə hər şey edilir ki, bunlar gedişat almasın”. Geri dön |