Ana Sayfa > Karusel / Hadisə > DYP Nəcməddin Sadıkovun yol qəzası törətməsi barədə məlumat yayıb

DYP Nəcməddin Sadıkovun yol qəzası törətməsi barədə məlumat yayıb


16-02-2022, 15:10. Yazar: Admin

Nəcməddin Sadıkov

 

Yol polisi Müdafiə nazirinin sabiq birinci müavini, Silahlı Qüvvələrin sabiq Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkovun törətdiyi yol qəzası barədə məlumat yayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli Qarabaginfo.az-a bildirib ki, “Toyota Land Cruiser “ markalı, 90 AS 020 seriyalı avtomobili idarə edən vətəndaş Sadıkov Nəcməddin Hüseyn oğlu tərəfindən törədilən yol-nəqliyyat hadisəsinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib olunub.

Yol nəqliyyat hadisəsi sənədləşdirilib, qarşı tərəfə dəyən ziyan ödənilib.

Qeyd edək ki, qəza barədə ilk olaraq bakupost.az saytı məlumat verib.


Geri dön