Ana Sayfa > Karusel / Gündəm > Ermənistan vətəndaşının Bakıya deportasiyasının qarşısı alındı

Ermənistan vətəndaşının Bakıya deportasiyasının qarşısı alındı


16-02-2022, 14:33. Yazar: Admin

Ermənistan vətəndaşının Bakıya deportasiyasının qarşısı alındı

 

Ermənistanın Baş Prokurorluğu bu ölkənin vətəndaşının Rusiyadan Azərbaycana deportasiya olunmasının qarşısını alıb.

Qarabaginfo.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Azərbaycanda doğulmuş Ermənistan vətəndaşı Rusiyada inzibati xəta törədib. Məhkəmə isə onun ölkədən çıxarılmasına qərar verib.

Sözügedən şəxs məhkəmə qərarında Azərbaycan vətəndaşı kimi göstərilib və bu səbəbdən onun Bakıya deportasiya olunması ehtimalı yaranıb.

Ermənistan Baş Prokurorluğunun əməkdaşları rusiyalı həmkarları ilə əlaqə saxlayıb və yaranmış məsələ ilə bağlı məlumatlandırıblar. Rusiya prokurorluğunun əməkdaşları məhkəmənin qərarına müdaxilə edib və bunun ardınca Ermənistan vətəndaşı ölkəyə qayıdıb.


Geri dön