Ana Sayfa > Karusel / Dünya > XİN başçısı: “Belarusda bir dənə də rus hərbçisi qalmayacaq”

XİN başçısı: “Belarusda bir dənə də rus hərbçisi qalmayacaq”


16-02-2022, 13:36. Yazar: Admin

Vladimir Makey

 

Birgə hərbi təlimlər başa çatdıqdan sonra Rusiyanın bütün qüvvələri Belarusu tərk edəcək.

Qarabaginfo.az  “BelTa” ya istinadən verdiyi xəbərə görə, bu barədə Belarusun xarici işlər naziri Vladimir Makey keçirdiyi mətbuat konfransında deyib.

“Təlimlərdən sonra Belarusda bir dənə də olsun rus hərbçisi və ya Rusiya hərbi texnikası qalmayacaq”, - nazir vurğulayıb.

Belarus XİN rəhbəri qeyd edib ki, iki ölkənin birgə hərbi təlimlər keçirmək üçün kifayət qədər əsası var, çünki NATO Qərbdə, o cümlədən Belarusla həmsərhəd ölkələrdə fəaldır.


Geri dön