Ana Sayfa > Karusel / Təhsil > Müəllimlərin sertifikasiya imtahanı YAYA QALDI

Müəllimlərin sertifikasiya imtahanı YAYA QALDI


16-02-2022, 12:17. Yazar: Admin

“Bu il müəllimlər üçün sertifikasiya imtahanlarının keçirilməsi nəzərdə tutulur”.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bu gün keçirilən onlayn brifinqdə məlumat verib.

 

O bildirib ki, sertifikasiya imtahanının müəllimlərin işə qəbulu müsabiqəsindən sonra keçirilməsi planlaşdırılır:

 

“Hələlik bunun hansı kontingent üçün keçirilməsi barədə qərar verilməyib. Hər halda bu prosesin başlanması barədə qəflətən və anidən qərarlar verilməyəcək, əvvəlcədən ictimaiyyətə məlumat veriləcək”.

 

Qeyd edək ki, bu il iyul ayında müəllimlərin işə qəbul imtahanları keçiriləcək.


Geri dön