Ana Sayfa > Karusel / Qarabağ > Arayik həyəcanlanıb - Bakıdan verilən açıqlama Xankəndidə təşviş yaradıb
Arayik həyəcanlanıb - Bakıdan verilən açıqlama Xankəndidə təşviş yaradıb16-02-2022, 11:31. Yazar: Admin |
Azərbaycan Respublikasının Baş Prokurorluğu Qarabağ separatçılarının başçısı Arayik Arutyunyanın tezliklə həbs edilərək, məsuliyyətə cəlb olunacağını açıqlayıb.
Arayik Arutyunyanın axtarışa verildiyi də qeyd edilir. Rəsmi Bakı əmindir ki, “Arayik Arutyunyanın indiyədək məsuliyyətə cəlb edilməməsi sadəcə müvəqqəti vəziyyətdir və yaxın gələcəkdə, ən qısa zamanda o, əməliyyat-istintaq qrupu tərəfindən tutularaq hüquq-mühafizə orqanlarına təhvil veriləcək".
“Belə insanların sayı 300-ü ötür”, - “Jogovurd” qeyd edir.
Beynəlxalq axtarışa verilənlərin əsasən hərbçilər və yüksək vəzifəli şəxslər olduğunu xatırladan qəzet 300 nəfərlik siyahıda kimlərin yer aldığının dəqiq məlum olmadığını vurğulayıb. Geri dön |