Ana Sayfa > Karusel / Qarabağ > Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb


16-02-2022, 10:23. Yazar: Admin

 

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb

Füzulidə ermənilərin atıb qaçdığı silah-sursat aşkarlanıb.

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində bu günlərdə keçirdikləri növbəti nəzarət-profilaktiki tədbirlər nəticəsində tərk edilən hərbi mövqelərdən müxtəlif silah-sursat aşkar ediblər.

Aşkar edilən 27 avtomat, 7 pulemyot, 1 qumbaraatan, 3 qumbara, 4 avtomat sandığı, 11 mərmi, 95 iriçaplı patron aidiyyəti üzrə təhvil verilib.


Geri dön