Ana Sayfa > Karusel / Dünya > Aİ Rusiya qazının tədarükündə məhdudiyyətlərə hazırdır
Aİ Rusiya qazının tədarükündə məhdudiyyətlərə hazırdır16-02-2022, 10:02. Yazar: Admin |
Avropa İttifaqı (Aİ) Rusiya qazının idxalında məhdudiyyətlərin yaranması öhdəsindən gələ bilər. Qarabaginfo.az-ın "Reuters"a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib. Onun sözlərinə görə, Rusiyanın "Qazprom" şirkəti tərəfindən qaz tədarükünün qismən pozulması və ya daha da azalması ehtimalına baxmayaraq, Aİ hazırda daha təhlükəsiz vəziyyətdədir. Von der Leyen onu da xatırladıb ki, Aİ hazırda ABŞ, Qətər, Misir, Azərbaycan, Nigeriya və Cənubi Koreya ilə qaz və mayeləşdirilmiş təbii qazın (LNG) tədarükünü artırmaq üçün (müxtəlif variantlar üzrə – red.) danışıqlar aparıb. Geri dön |