Ana Sayfa > Karusel / Kriminal > Prokurorluq Göygöldə 20 yaşlı gəncin qətli ilə bağlı məlumat yayıb
Prokurorluq Göygöldə 20 yaşlı gəncin qətli ilə bağlı məlumat yayıb16-02-2022, 10:00. Yazar: Admin |
Fevralın 15-də saat 22 radələrində Göygöl rayonu ərazisində 2002-ci il təvəllüdlü Cavidan Məmmədovun öldürülməsi faktı ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Göygöl rayon prokurorluğundan Qarabaginfo.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1999-cu il təvəllüdlü Cəlal Apiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Cavidan Məmmədova çoxsaylı bıçaq xəsarətləri yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Geri dön |