ABŞ Prezidenti Co Baydenlə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı keçirilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dövlət başçıları Rusiya və Ukrayna rəhbərləri ilə görüşləri barədə fikir mübadiləsi aparıblar. Tərəflər Ukrayna ətrafındakı gərginliyin azaldılması üçün diplomatik səyləri artırmaqla bağlı qərara gəliblər.***